Pezeşkian Hindistanın Hörmüz boğazı tələbini rədd etdi – gəmilər vurulacaq …

İsrail və ABŞ-ın İrana hücumları ilə başlayan və Tehranın bölgədəki çoxsaylı yerləri hədəf alması ilə daha da şiddətlənən müharibə, qlobal ticarətin mərkəzi olan Hörmüz boğazı ətrafında daha böyük gərginliyə yol açıb. Münaqişənin ilkin mərhələsində ballistik raketlər, kamikaze dronları və intensiv hava bombardmanları diqqət çəksə də, sonradan İranın Hörmüz boğazını bağlayaraq gəmiçilik trafikinə qarşı sərt mövqeyi strateji tarazlığı dəyişdi.

“Hörmüz boğazından keçən hər gəmini VURACAQ” deyərək, hücumlara Hörmüz boğazını bağlamaqla cavab verən İran rəsmilərinin bu addımı, münaqişənin yalnız regional böhranla kifayətlənməyib, qlobal iqtisadiyyatı sarsıdacaq enerji böhranına yol açıb. Qlobal enerji tarazlığının əsas xətti hesab edilən boğazdan LNG və neft tankerlərinin keçə bilməməsi beynəlxalq bazarlarda ciddi narahatlıq doğurub.

Məlumatlara görə, bu hadisələr fonunda Hindistanın Baş naziri Narendra Modi Tehran administrasiyası ilə diplomatik kanallar vasitəsilə əlaqə saxlayıb. İsrail Baş naziri Netanyahu ilə yaxın münasibətləri ilə tanınan Modi, İran Prezidenti Pezeşkiandan Hindistan gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsinə icazə verməsini istəyib.

Tələbin diplomatik kanallar vasitəsilə çatdırıldığını qeyd edən mənbələr, İranın mövqeyinin çox qəti olduğunu bildiriblər. Qeyd edilir ki, Pezeşkian Hindistanın tələbini düşünmədən dərhal rədd edib.

Tehranın bu qərarı bir daha təsdiqləyir ki, bölgədəki tranzit dəhlizi bütün iştirakçılar üçün hələ bir müddət də bağlı qalacaq.

Tahir TAĞIYEV

 

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button