Pezeşkian:”Bütün dünya birləşsə də, təslim olmayacağıq”

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin xarici təzyiqlər qarşısındakı mövqeyi ilə bağlı dünya paytaxtlarında əks-səda doğuracaq kəskin bəyanat verib.
Polise.az Moderator.az-a istinadən  xəbər verir ki, dövlət başçısı İranın heç bir şərt altında dünya güclərinin iradəsinə boyun əyməyəcəyini vurğulayıb.
Prezident Pezeşkian İran hökumətinin bu məsələdə vahid və sarsılmaz mövqedən çıxış etdiyini bildirib: “Biz hökumət daxilində qəti razılığa gəlmişik – hətta bütün dünya gücləri qeyri-ədalətli şəkildə bizə qarşı çıxsa və bizi diz çökməyə məcbur etməyə çalışsa belə, biz təslim olmayacağıq”.
Pezeşkianın bu çıxışı İranın nüvə proqramı və regional siyasəti ilə bağlı Qərb dövlətləri, xüsusilə ABŞ ilə gərginliyin artdığı bir dövrə təsadüf edir. İran lideri ölkəsinin milli maraqlarını qorumaq üçün istənilən qlobal təzyiqə müqavimət göstərməyə hazır olduqlarını nümayiş etdirib.
Analitiklər hesab edir ki, Pezeşkianın bu “sarsılmazlıq” mesajı həm daxili auditoriyaya rejimin gücünü göstərmək, həm də beynəlxalq danışıqlarda İranın güzəştsiz mövqeyini bəyan etmək məqsədi daşıyır.
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button