Pezeşkianın oğlundan Azərbaycana qarşı ittihama sərt təpki: Sübutunuz varmı?

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkəsində Azərbaycana qarşı mühafizəkar və radikal qrupların hücumlarına reaksiya verib.
Teleqraf xəbər verir ki, bu qrupları o, Azərbaycana qarşı addımlar atarkən düşünməyə çağırıb.
“Etdiyimiz işlərin elə nəticələri olur ki, onlardan qaça bilmirik. Biz nəyisə deyəndə və nəyisə ifadə etmək istəyəndə dediklərimizin doğruluğuna inanmaqla yanaşı, öz sözlərimizin nəticələrini də düşünməliyik, nəticələri ölçüb-biçməliyik”, – Pezeşkian bildirib.
“Bəzi platformalarda insanlar bir müddətdir davamlı olaraq “Azərbaycan İsrailə müharibədə kömək edib” iddiasındadırlar. Belə bir iddia irəli sürməzdən əvvəl, ilk növbədə, bu iddianı təsdiq edən hansı sənəd-sübutların olub-olmadığınıə araşdırmalıyıq. Kəşfiyyat və təhlükəsizlik təşkilatları bu haqda məlumat veriblərmi? Azərbaycanda yaşayan iranlılardan rəyləriniz, reportajlarımız varmı? Azərbaycanın İrana qarşı müharibədə İsraili dəstəklədiyini göstərən hansı sübutlar hanı? Təhlükəsizlik qurumları bunu təsdiqləməyib”, – Yusif Pezeşkian qeyd edib.
Polise.az



