Pİ Baş katibi: Qoşulmama Hərəkatı Azərbaycanın təşkilata sədrliyi sayəsində güclənib

Qoşulmama Hərəkatı Azərbaycanın təşkilata sədrliyi sayəsində güclənib.

Polise.az  xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.

Baş katib deyib ki, Qoşulmama Hərəkatı əvvəllər fəal olmayıb. Lakin Azərbaycanın təşkilata sədrliyi sayəsində Hərəkatın fəallığı və beynəlxalq münasibətlər sistemində mövqeyi güclənib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ideyasının gerçəkləşməsini çox yüksək qiymətləndirən Baş katib Hərəkatın dünyada vacib rolunu qeyd edib. O, Parlamentlərarası İttifaqın bu Parlament Şəbəkəsinin fəaliyyətinə istənilən dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button