Pirallahı sakini qanunsuz saxladığı odlu silah-sursatı polisə təhvil verib
Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az -a verilən məlumata görə, Pirallahı Rayon Polis İdarəsinə müraciət edən Dübəndi qəsəbəsi sakini olan bir nəfər qanunsuz saxladığı odlu silah-sursatı təhvil vermək üçün polisə müraciət edib. Həmin şəxsin qeyd etdiyi ünvana baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd sandıqça və 141 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür edilib.
Polise.az