Pit Heqset: Tehranın nüvə proqramları ilə bağlı müxtəlif variantlarımız var

ABŞ İranın nüvə imkanlarını zərərsizləşdirmək üçün geniş tədbirlər spektrini nəzərdən keçirir və Tehranın bu proqramlardan könüllü şəkildə imtina etməsi ehtimalını da istisna etmir.

Polise.az  xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.

“Prezident İranın nüvə imkanlarına fokuslanıb. İranın könüllü şəkildə bu proqramlardan imtinası variantı da daxil olmaqla, müxtəlif variantlarımız var. İran könüllü şəkildə imtina etsə, bunu alqışlayarıq, amma danışıqlar zamanı buna hazır deyildilər. Dünyaya dəqiq olaraq nə etməyə hazır olduğumuzu və nə qədər irəli gedə biləcəyimizi deməyəcəyəm, amma şübhəsiz ki, bizim müxtəlif seçimlərimiz var”, – Pit Heqset jurnalistin ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatını ələ keçirməyə hazır olub-olmaması ilə bağlı sualını cavablandırarkən söyləyib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button