Piyadanı vuran sürücü saxlanılıb

Oğuzun Kərimli kəndində piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən bildirir ki, hadisə səhər saatlarında qeydə alınıb. Belə ki, Tural Abdullayev idarə etdiyi “VAZ-21012” markalı avtomobili ilə Kərimli kəndi ərazisində 48 yaşlı Qalib Hüseynovu vurub. Ağır xəsarət alan piyada dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən Tural Abdullayev saxlanılıb.

Baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button