PKK-nın İraqdakı mağarası aşkar edilib – Yüzlərlə hərbi vasitə tapılıb

Türkiyə Müdafiə Nazirliyi (MSB), 5–7 iyul tarixləri arasında İraqın şimalında PKK teror təşkilatına qarşı həyata keçirilən “Pəncə-Kilid” əməliyyatı zamanı aşkar edilən silah və sursatlarla bağlı geniş məlumat yayıb.
Nazirlik sosial şəbəkə hesablarında yayımladığı görüntülərlə mağarada tapılan silah-sursat anbarını ictimaiyyətə təqdim edib.
MSB-nin paylaşımında qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalında terrorçulara qarşı aramsız axtarış-tarama fəaliyyətlərini davam etdirir. Tapılan mağarada çox sayda silah və hərbi avadanlıq vasitələri aşkarlandığı deyilir.
Aşkar edilən hərbi və texnoloji avadanlıqlar bunlardır:
– 53 ədəd AK-47 və M16A4 avtomatı;
– 1 ədəd top;
– 5 ədəd doçka zenit silahı;
– 9 ədəd snayper tüfəngi;
– 1 ədəd M79 tank əleyhinə raket sistemi, 6 ədəd mərmisi;
– 1 ədəd LAW raket sistemi;
– 7 ədəd Konkurs raket sistemi;
– 5 ədəd AT-4 tank əleyhinə sistem;
– 6 ədəd SA-7 hava hücumundan müdafiə raketi;
– 1 ədəd 82 mm minaatan, 14 mərmi;
– 3 ədəd 60 mm minaatan, 9 mərmi;
– 2 ədəd 107 mm Katyuşa, 7 mərmi;
– 3 ədəd 40 mm 6-lı qumbaraatan, 66 mərmi;
– 2 ədəd təkli qumbaraatan;
– 1 ədəd M1 snayper tüfəngi;
– 6 ədəd Dragunov snayper tüfəngi, 46 ədəd daraq;
– 2 ədəd ov tüfəngi, 31 mərmi;
– 1 ədəd Uzi avtomat;
– 10 ədəd RPG-7 raketatan;
– 5 ədəd PKMS 7.62 mm pulemyot, 4 ehtiyat lülə;
– 302 ədəd daraq;
– 54 ədəd anti-piyada, 67 ədəd tank əleyhinə raket;
– 127 ədəd atəş fişəngi;
– 10 500 ədəd Doçka və yüngül silah sursatı;
– 26 ədəd hücum, 29 ədəd müdafiə tipli əl qumbarası;
– 43 ədəd tüstü bombası;
– 77 ədəd antipi-yada minası;
– 100 kq əldə hazırlanan partlayıcı, batareyalar, enerji blokları;
– 2 ədəd teleskop;
– 17 ədəd optik nişangah;
– 8 ədəd termal, 3 ədəd gecəgörmə nişangahı;
– 5 ədəd lazer məsafə ölçən;-
-1 ədəd GPS cihazı;
– 6 ədəd avtomobil radiosu və antenaları;
– 33 ədəd əl radiosu;
– 6 ədəd səs yazıcı cihaz;
– 1 ədəd DJI Mavic 3T dronu;
– 2 ədəd DJI Phantom 4 (istifadəyə yararsız);
– 3 dəst maket təyyarə qanadı;
– 3 ədəd fotoaparat, 1 ədəd kamera, 9 ədəd tripod;
– 7 ədəd Fastlink rabitə cihazı;
– 1 ədəd proyektor;
– 10 ədəd modem, 6 ədəd media antenası;
– 2 ədəd termal PTZ kamera;
– 3 ədəd Dome PTZ kamera;
– 4 ədəd IP kamera;
– 11 ədəd çubuq tipli kamera;
– 4 ədəd güzgü tipli izləmə sistemi;
– 4 ədəd kamera qeyd cihazı;
– 5 ədəd mikrofon sistemi, 3 ədəd mikrofon;
– 2 ədəd qulaqcıq, 3 ədəd səsgücləndirici;
– 5 ədəd əl dinamosu;
– 14 ədəd telefon, 4 ədəd telekommunikasiya santralı;
– 4 ədəd printer;
– 5 ədəd elektrik mənbəyi, 4 monitor, 3 klaviatura;
– Mühafizə vasitələri və digər;
– 39 ədəd termal çətir, 11 ədəd qar çətiri.
Polise.az



