PKK-nın tərsilah mərasiminin proqramı dəyişdi VİDEO MİT MONTAJINDAN KEÇƏCƏK

PKK-nın 11 iyulda İraqın Süleymaniyyə bölgəsində keçirəcəyi tərksilah tədbirləri canlı yayımlanmayacaq.
Polise.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə mərasiminə qonaqların dəvət edilməsi və canlı yayımlanması nəzərdə tutulsa da sonradan bu qərar ləğv edilib. Mərasimin videosu Milli Kəşfiyyat Təşkilatının (MİT) nəzarətindən sonra mediaya təqdim ediləcək.
Məqalə müəllifi qərarın dəyişməsinin səbəbini təhlükəsizliklə əlaqələndirir.
Polise.az



