PKK ÖZÜNÜ BURAXACAĞINI BƏYAN ETDİ – “Bu gündən atəşkəs elan edirik” (Yenilənib)

Terrorçubaşı Abdullah Öcalanın PKK-nın silahı yerə qoyması və təşkilatın ləğvi çağırışından sonra PKK terror təşkilatının “İcraiyyə Komitəsi” açıqlama verib.
Polise.az xəbər verir ki, terror təşkilatı PKK yeni qərarını açıqlayaaraq bildirib: “Çağırışın məzmunu ilə olduğu kimi razıyıq və öz cəbhəmizdən gələn çağırışın tələblərinə əməl edib həyata keçirəcəyimizi bildiririk. Bu gündən etibarən qüvvəyə minən atəşkəs elan edirik” .
Terror təşkilatı PKK açıqlamasında təşkilatın ləğvi üçün qurultay çağırmağa hazır olduqlarını da bildirib.
Qeyd edək ki, fevralın 27-də PKK terror təşkilatının həbsdəki “rəhbəri” Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə “silahı yerə qoyun və PKK-nı buraxın” çağırışı yer alıb.
Polise.az



