“PKK və FETÖ təbliğatı nəticəsində bizim gənclərin çoxu Azərbaycanı yox, Ermənistanı dəstəklədi…”
Azərbaycanla Ermənistan arasında müharibə zamanı İraqın şimalında PKK və FETÖ terror təşkilatları birgə təbliğat apararaq yerli kürd gənclərini Azərbaycana qarşı vuruşmağa inandırıblar.
Bu haqda İraq Kürdüstan bölgəsindən bu günlərdə Türkiyəyə səfər etmiş bir qrup gənc fəal haber7.com portalının yazarı Ahmet Ayla görüşündə deyiblər.
“Geçən gün İraq Kürdüstan bölgəsindən gənc qonaqlarım vardı. Yazılarımızı oxuyan bu gənclər dərdlərini anlatmaq üçün onları başa düşəcək biri olaraq bəndənizi düşünüblər. Gəlib dərdləşdilər, İraq Kürdüstanı içərisində PKK və FETÖ terror təşkilatlarının apardığı təxribatları danışdılar”,-müəllif yazır.
Ahmet Ay bildirir ki, kürd gənclərin dediyinə görə, FETÖ İraqın şimalında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycanın əleyhinə təbliğat aparır.
İraqlı kürd fəallar deyiblər: “Bir çox gənc Azərbaycan-Ermənistan savaşında əvvəlcə Azərbaycanı dəstəkləyirdi, amma FETÖ və PKK 3 gün boyunca gecə-gündüz çalışaraq Azərbaycanın məqsədinin ancaq Ermənistandakı kürdlərə hücum etmək olduğunu, qadınları, uşaqları öldürdüyünü anlatdılar. Bunun nəticəsində həmin gənclərin önəmli bir qismi fikrini dəyişərək Ermənistanı dəstəkləməyə başladılar…”
Qeyd edək ki, İraq və Suriyadan PKK/PYD kürd terror qruplaşmasına bağlı yaraqlıların Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də başlayan müharibə ərəfəsində Ermənistana və oradan Qarabağa daşındığı haqda çoxsaylı məlumatlar yayılmışdı. Daha sonra PKK/PYD terrorçularının Qarabağda ermənilərin tərəfində döyüşdükləri PKK-nın İraqdakı liderləri tərəfindən də təsdiqləndi.