Polisə bilə-bilə yalan məlumat verən qadın məsuliyyətə cəlb olunub

Şəkidə polisə cinayət törədilməsinə dair biləbilə yalan məlumat verən 1989-cu il təvəllüdlü Solmaz Qədimova (ad-soyad şərtidir) məsuliyyətə cəlb olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 37 yaşlı qadın ərinin avtomobil almaq üçün yığdığı puldan 1300 manat xərcləyib.

Qadın pulu yerinə qoya bilmədiyindən maraqlı ssenari fikirləşib. Solmaz ərinə zəng edərək həyətə üç maskalı şəxsin daxil olduğunu, onlardan birinin bıçağı onun boğazına dirədiyini və pul tələb etdiyini bildirib. O uşaqlarının və özünün ölümlə hədələndiyini bildirərək, sözdə oğrulara 1300 manat və boynundakı 10 manatlıq bujiteriyanı vermək məcburiyyətində qaldığını deyib.

Solmaz Qədimova heç kimin şübhələnməməsi üçün boynundakı bujiteriyanı özü qoparıb və nəticədə boynunda iz qalıb. Qadın tapılmaması üçün bəzək əşyasını ayaqyoluna atıb.

Sonradan isə polisə olmayan hadisə ilə bağlı məlumat verilib. Cinayət işi başlandıqdan sonra isə Solmaz Qədimova vəziyyətin qəlizləşdiyinin fərqinə varıb və əməlini etiraf edib.

Məhkəmənin qərarı ilə S.Qədimovanın azadlığı 2 il 6 ay müddətinə məhdudlaşdırılıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button