“Polisə Dəstək” İB Naziri və onun çoxminli şəxsi heyətini bayram münasibətilə təbrik etdi

Təbrikdə deyilir:

“Sizi və Azərbaycan Polisinin çoxminli şəxsi heyyətini 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günü və yeni, 2022-ci il münasibətilə səmimi qəlbimlə təbrik edir, Uca Allahdan uca şərəfə layiq həyat yaşamağı arzulayıram.

Azərbaycan Polisi vətənə və dövlətə sədaqəti ilə, göstərilən etibarın və etimadın məsuliyyətini dərk edib ehtişama sahib olur. Xalqa xidmət və onun əmniyyətini təmin etməklə müqəddəslik qazanır.

Həyatını ictimai təhlükəsizliyin mühafizəsinə və sabitliyin qorunmasına fəda etməyə hazır olan zərli paqon sahiblərinin bu sahədə səmimi xidmətləri həqiqətə çatmağın ifadəsidir – deyərdim. Azərbaycan xalqı bu layiqli xidməti ilə seçilən çoxminli polis əməkdaşlarının fəaliyyətindən məmnunluqlarını ifadə edir və vəzifəsilə dövlət qarşısında çox dəyərli bir məqama sahıb olur, üstün tutulur.

Övliyaların müdrik kəlamlarına uyğun ifadə etsəm, Allah dərgahında ən ülvi əməl, insanlara xidməti gözəl şəkildə yerinə yetirməkdir.

Ölkədə sabitliyin qorunması və cinayətkarlıqla mübarizə siyasətinin uğurla həyata keçirilməsində Tanrı Sizə dayaq olsun!”

Hamısını Göstər

Related Articles

Back to top button