“Polisə Dəstək” İctimai Birliyi 8 noyabr Zəfər günü münasibətilə Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovu və DİO-nun əməkdaşlarını təbrik edib.

Çox hörmətli Vilayət Müəllim!

Zəfər günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Regionda güc mərkəzinə çevrilmiş qüdrətli Azərbaycanın xarici və daxili siyasətində, beynəlxalq münasibətlərin inkişafında əldə etdiyi uğurlarında Azərbaycan polisinin xidməti danılmazdır.

Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən savaşında polis əməkdaşlarının göstərdikləri fədakarlıq və əzmkarlıq Azərbaycan polisinin Səlnaməsində qızıl hərflərlə həkk olunub. 219 Milli Qəhrəmanların sırasında 66 nəfər polis əməkdaşlarının, habelə 83 nəfər Vətən Müharibəsinin qəhrəmanları siyahısında 4 nəfər polis əməkdaşının olması polis vətəndaşı münasibətlərinin və “Vətənə sədaqət”in görk olacaq nümunəsidir.

Belə bir əlamətdar gündə Sizə, Kollegiyanın elit rütbəli üzvlərinə və çoxmilli polsin bütün şəxsi heyətinə cansağlığı, xoşbəxtlik, ali fəaliyyətinizdə müvəfəqiyyətlər, ölkədə əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.

Hörmətlə, Təşkilatın sədri Şəmsəddin Əliyev

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button