Polisə Dəstək ictimai birliyi Azərbaycan polisini Respublika – Müstəqillik günü münasibətilə təbrik etdi

Əziz həmvətənlər!
Azərbaycanın ərazi bütövlüyünün və dövlət süverenliyinin bərpasında müstəsna xidməti olan çoxminli Azərbaycan polisinin rolu danılmazdır və dövlət müstəqilliyimizin tarixində qürurla xatırlanır.
Müstəqillik Günü və Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi ,demokratik və hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.
1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.
15 oktyabr 2021-ci ildən isə Respublika Günü dəyişdirələrək Müstəqillik Günü ilə əvəz olunmuşdur.
Bu müqəddəs bayram münasibəti ilə Daxili İşlər Nazirliyinin Kollegiya sədri çox hörmətli Vilayət Eyvazovu,Kollegiya Üzvlərini və çoxminli Polis Əməkdaşlarını təbrik edir, ölkədə ictimai təhlükəsizliyin təmin olunması və cinayətkarlıqla səmərəli,peşəkar mübarizənin təşkili işində əzmkarlıq və sədaqət nümayiş etdirdikərinə görə
Vətəndaş məmnunluğumuzu ifadə edir,Onlara Allahdan can sağlığı və sosial rifah arzulayıram.
Uca Tanrı həmişəyaşar şəhidlərimizin ruhunu şad edsin!
Rəbbimiz şərəfli missiyanın həyata keçirilməsi işində Azərbaycan Polisinə dayaq olsun!
“Polisə Dəstək “ictimai birliyinin İdarə Heyəti adından
ŞƏMSƏDDİN ƏLİYEV
27 may 2025-cil
Bakı şəhəri
Polise.az