“Polisə Dəstək” İctimai Birliyi bəyanat yaydı
Bəyanatda deyilir: “Ermənilər faşist xislətli siyasəti ilə beynəlxalq hüququn hamılıqla tanınan 10 prinsirinə, habelə BMT-nin TŞ-nın daimi üzvlərinə və qəbul edilən 4 qətnamənin tələblərinə hər gün müstəsna dərəcədə həyasızlıq və hörmətsizlik nümayiş etdirirlər. Ərazilərimiz iriçaplı silahlardan atəşə məruz qalır, həyatını itirənlər var, dinc əhaliyə ciddi ziyan dəyir, vahimə içərisində yaşamağa davam edirlər.
Özbaşınalığa və həyasızlığın dərəcəsinə diqqət edin:
Mənfur düşmən işğal etdikləri əraziləri qeyd-şərtsiz boşaltmalı olduğu halda, beynəlxalq hüququn prinsiplərini nümayişkaranə şəkildə pozaraq, Azərbaycan ərazisinə-Şuşaya Livan ermənilərini köçürürlər, köçlər rahat, müqavimətə rast gəlmədən davam edir. Benəlxalq aləm isə susur.
Bir Azərbaycan vətəndaşı və vətən savaşının iştirakçısı-komandiri, QHT rəhbəri kimi hiddətlənməmək olmur. Əlaqədar qurumlar hara baxır? Bəs Biz, niyə susuruq? Niyə “məcburi köçkünlərə” görk olaraq: “Azərbaycan öz ərazisində antiterror əməliyyatına başlayacaq. Bu əməliyyatın qurbanlarına çevrilmək istəmirsinizsə işğal altında olan Azərbaycan ərazisində məskunlaşmayın! Bu sizə tarix boyu yurd sayılmaz! Azərbaycan ərazi bütövlüyünün bərpası məqsədilə yaxın zamanlarda orada hərbi əməliyyatlara başlayacaq”…və s.ultimatum-nota formasında bir bəyanat səsləndirmirik? Axı, susmaq razılıq ifadəsi kimi qəbul oluna bilər(?).
Azərbaycan, yenə hamılıqla tanınan beynəlxalq normalar çərçivəsində Livan vətəndaşlarını BMT-nin QAK-n (Qaçqınlar üzrə Ali komissarlığının) Bakı nümayəndəliyi vasitəsilə, miqrasiya qaydalarına uyğun müvəqqəti himayə edə və onlara sığınacaq verə bilər. Bu isə yalnız rəsmi müraciət və qarşı tərəfin razılığı əsasında mümkündür. Əks təqdirdə hüquqi məsuliyyət yaradır.
Qeyd olunanlara əsasən “Polisə Dəstək” İctimai Birliyi bəyan edir ki, Azərbaycan tərəfi qardaş Türkiyənin PKK terrorçularına qarşı apardığı mübarizəyə xas tərzdə işğal olunmuş ərazilərimizdə ümumxalq marağını ifadə edən antiterror əməliyyatlarına başlamalı, heç kimi və heç kimə xəbərdarlıq etmədən ərazilərimizi və gələcəyimizi də təhdid edən “canlı minalardan” təmizləməlidir. Məhz elə halalca torpaqlarımızda bizə qarşı Livan ermənilərindən ibarət yaradılacaq qanunsuz hərbi birləşmələr təxribatlar, terrorlar törətmək məqsədilə təlimlərə başlayacaqlar. Bunlara imkan vermək olmaz. Dayağımız və güvənc yerimiz yuxarıda ALLAH və tarix boyu yanımızda olan TÜRKİYƏ var!
Boş, mənasız, ümid doğrultmayan şüarları səsləndirməkdən uzaq olaq!
1992-ci il, Şuşa alınan o qara gündə doğulan uşağın bu gün 28 yaşı artıq tamam olub. Hər il Novruz bayramlarında “İnşəallah gələn Novruzu Şuşada keçirəcəyik” arzusu ilə yaşayırıq… Bizdən hərəkət olmasa, Allahdan bərəkət gözləmək sadəlövhlükdür.
Quduz itə, kəndə doluşan canavar dəstəsinə qarşı necə davranırıqsa, bu mənfur, alçaq niyyətli düşmənlərə qarşı da o cür davranmaq lazımdır- GÜLLƏLƏMƏK!
“Polisə Dəstək” İctimai Birliyi Livan ermənilərinin arzu etmədiyimiz və qürurumuza toxunan köçünə etiraz edir!
Hakimiyyətin müvafiq budaqları və xalqın adından danışanlar da beynəlxalq aləmə və təşkilatlara sərt bəyanatlar verməlidirlər! Vaxt xeyrimizə işləmir!
Qeyd: Bəyanatda səslənən sərt, qeyri-etik ifadələrə görə məni qınamayın. Ananın gözü qarşısında oğula, balanın gözü qarşısında isə ananın iffətinə təcavüz edən, alçaldıcı, hər cürə işkəncələrə və cismani əzaba yol verənlərlə mədəni davranmaq olmaz, vallah olmaz…Üzrlü sayın!
Təşkilatın İdarə Heyətinin adından
Şəmsəddin Əliyev
11 sentyabr 2020-ci il
Polisə Dəstək