“Polisə Dəstək” İctimai Birliyi Polis əməkdaşlarını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının rəhbər  heyəti, Baş idarə, idarə, şöbə və bölmə rəisləri, komandirlər, sıravi heyət və mülki vəzifələrdə çalışan çoxminli əməkdaşlar!

Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi – qəlbdən təbrik edirəm. Azərbaycan Polisi Birinci Qarabağ müharibəsindən başlayaraq Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə şərəfli döyüş yolu keçmiş, şəhidlər vermiş, 67 əməkdaş Azərbaycan Milli Qəhrəmanı adına, 4 əməkdaş isə Vətən müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür.

Azərbaycan polisinin qəhrəmanlıq salnaməsi dövlətə və xalqa sədaqətin, vətənpərvərliyin, cəsarətin və fədakarlığın canlı təcəssümüdür. Bu əlamətdar gündə hər kəsə can sağlığı, şərəfli xidmətinizdə uğurlar arzulayır, şəhidlərimizin əziz və həmişəyaşar xatirəsini ehtiramla yad edirəm.

Qoy Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, xalqımızın rifahı yüksək olsun!

Səmimi hörmət və ehtiramla,

“Polisə Dəstək” İB-nin sədri,

Birinci Qarabağ müharibəsinin veteran komandiri    Şəmsəddin Əliyev


Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button