Polis əməkdaşları dünən ölkə üzrə 51 tüfəng təhvil götürüblər
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az -a bildiriblər ki, noyabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 3 ədəd qumbara, 3 patron darağı, 465 ədəd müxtəlif çaplı patron və 51 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 1 avtomat, 1 tapança, 2 patron darağı, 4 tüfəng və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Polise.az