Polis əməkdaşları itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıblar

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aprelin 13-də Ağdaş rayonunun Yuxarı Ləki kəndində itkin düşmüş kimi axtarışda olan 31 yaşlı qadın, mayın 7-də Qusar rayonunda itkin düşmüş kimi axtarışda olan 17 yaşlı oğlan, mayın 14-də Gədəbəy rayonunun Maarif kəndində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə  Polise.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin polis əməkdaşları tərəfindən mayın 17-də Sabunçu rayonunun Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 20 yaşlı qız, mayın 24-də Nizami rayonunda itkin düşmüş kimi axtarışda olan 24 yaşlı oğlan, mayın 25-də Xətai rayonunda itkin düşmüş kimi axtarışda olan 39 yaşlı kişi, mayın 27-də Saatlı rayonunda itkin düşmüş kimi axtarışda olan 31 yaşlı kişi, mayın 29-da Binəqədi rayonunda itkin düşmüş kimi axtarışda olan 35 yaşlı kişi, mayın 29-da Zaqatala rayonunda itkin düşmüş kimi axtarışda olan 37 yaşlı qadın, mayın 29-da Şəmkir rayonunun Abbaslı kəndində itkin düşmüş kimi axtarışda olan 43 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button