Polis əməkdaşları paytaxtda və müxtəlif rayonlarda avtomat, tapança və tüfəngləri təhvil götürüblər

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az -a məlumat verilib.

Dekabrın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat, 1 tapança, 2 patron darağı, 36 müxtəlif çaplı patron və 22 müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan üç tüfəng aşkarlanaraq götürülüb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button