Polis əməkdaşları tərəfindən ötən gün təhvil götürülən silahların sayı açıqlanıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az -a verilən məlumata görə, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 ədəd tapança və 9 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Polise.az



