Polis 107 kiloqramdan çox narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 24-də ümumi çəkisi 107,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 101 kiloqrama yaxın marixuana, 4 kiloqramdan artıq heroin, 1,2 kiloqramdan çox həşiş, 1 kiloqrama yaxın metamfetamin, həmçinin 1299 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button