Polis 15 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 9-da ümumi çəkisi 15,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7,7 kiloqramdan artıq marixuana, 3,9 kiloqramdan çox metamfetamin, 2,8 kiloqrama yaxın heroin, 1 kiloqramdan çox tiryək və həşiş, həmçinin 2002 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button