Polis 38 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 10-da və 11-də ümumi çəkisi 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.
Daxili İşlər Nazirliyindən Polise.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 35,5 kiloqramdan artıq marixuana, 2,5 kiloqrama yaxın metamfetamin, həmçinin 679 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Polise.az