Polis Ağsu dolaylarında təhlükəsizlik tədbirlərini gücləndirib

Ağsu Rayon Polis Şöbəsinin və Yol Patrul Xidmətinin əməkdaşları qarlı hava şəraiti ilə əlaqədar Ağsu dolaylarında nəzarət tədbirlərini gücləndiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, polis əməkdaşları hərəkətdə olan nəqliyyat vasitələrini saxlayaraq sürücülərlə maarifləndirici söhbətlər aparır, avtomobillərin qarlı hava şəraitində hərəkət üçün yararlılığını yoxlayır və mövcud yol vəziyyəti barədə ətraflı məlumat verirlər.

Hazırda Ağsu dolaylarında yol şəraiti mürəkkəbdir. Bu səbəbdən sürücülərə alternativ yol kimi Ağsu–Kürdəmir avtomobil yolundan istifadə edərək, paytaxta doğru hərəkət etmələri tövsiyə olunur.

Sedan tipli avtomobillərlə hərəkət edən, eləcə də şinləri qış mövsümünə uyğun olmayan bəzi sürücülər təhlükəsizliyi nəzərə alaraq Ağsu dolaylarına daxil olmadan istiqamətlərini dəyişiblər. Avtomobili saz vəziyyətdə olan, qış mövsümünə uyğun şinlərlə təmin edilən nəqliyyat vasitələrinin sürücüləri isə Ağsu aşırımından keçməklə yollarına davam edirlər.

Polis əməkdaşları sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini aşmamağa və ehtiyatlı olmağa çağırır.

Xatırladaq ki, hazırda bölgəyə qar yağır, havanın temperaturu mənfi 1 dərəcə təşkil edir.

 

 

 

Polisə.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button