Polis Binəqədidə 2 “Kalaşnikov” avtomatı aşkarladı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Polise.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 2 avtomat silahı və 33 patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.
Polise.az