Polis ictimai asayişin təmini üçün təhlükəsizlik tədbirləri görür – VİDEO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin təmini məqsədilə bütün təhlükəsizlik tədbirləri həyata keçirilir.
Bu barədə Polise.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Polis əməkdaşları insanların sıx toplaşdığı məkanlarda və avtomobil yollarında təhlükəsizliyin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər. Polisin gördüyü tədbirlər və qanunvericiliyin tələbləri vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Hər kəsi qaydalara riayət etməyə və ictimai asayişin qorunmasına dəstək göstərməyə çağırırıq. Bayramınız təhlükəsiz keçsin!”, – DİN-in məlumatında deyilir.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button