Polis işçilərinin peşə bayramı Naxçıvanda da qeyd edilib

Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümü münasibətilə Naxçıvan MR daxili işlər naziri, polis general-mayoru Süleyman Neymətov və nazirliyin rəhbər heyəti Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Vətən uğrunda canlarından keçmiş qəhrəmanların uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

Naxçıvan MR Daxili İşlər Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin Orta İxtisas Polis məktəbində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan MR daxili işlər naziri Süleyman Neymətovun iştirakı ilə “Polis Günü”nə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, habelə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra polis general-mayoru Süleyman Neymətov Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun təbriklərini şəxsi heyətə çatdırıb, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşan daxili işlər orqanlarının keçdiyi şərəfli və zəngin xidmət yolundan, Orta İxtisas Polis məktəbinin əldə etdiyi uğurlardan danışıb.

Süleyman Neymətov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları bundan sonra da vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda bütün qüvvə və bacarığını əsirgəməyəcək.

Tədbir şəxsi heyətin mətin addımlarla keçidi ilə yekunlaşıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button