Polis Mingəçevirdə sərt karantin rejimi ilə əlaqədar reydləri davam etdirir

Mingəçevirdə sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları reydləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, giriş-çıxışlarda qurulan postlarda hərəkətinə icazə verilən nəqliyyat vasitələri  istisna olmaqla digərlərinin şəhərə giriş-çıxışı məhdudlaşdırılıb. Reydlər zamanı polis əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən şəxslər planşet vasitəsilə yoxlanılır və SMS icazə olmadan çölə çıxanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir. Bundan əlavə ictimai nəqliyyatda, mağazalarda, açıq ictimai məkanlarda keçirilən nəzarət profilaktik tədbirlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən və ya tələb olunan normalara uyğun şəkildə taxmayan şəxslər aşkarlandıqda onlara tibbi maskadan düzgün istifadənin zəruriliyi, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi bildirilir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button