Polis Nəsimi rayonunda soyğunçuluq edən iki nəfəri saxladı – VİDEO

Nəsimi rayonu ərazisində talama cinayəti qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, hadisə zamanı naməlum şəxslər 26 yaşlı zərərçəkənin içərisində 750 manat və bank kartları olan pul kisəsini soyğunçuluqla talayıblar.
Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 23 yaşlı Fərid Nuriyev və 37 yaşlı Eltac Ruşanov saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Polise.az



