Polis növbədə duranlara maska payladı
Xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində təqaüd və sosial müavinətlərin verilməsi ilə bağlı bankların qarşılarında yarana biləcək sıxlığı nəzərə alaraq həmin ərazilərə xüsusi nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər.
İdarə əməkdaşları həmin ərazilərə sakinlərin rahatlığını təmin etmək məqsədi ilə sosial məsafə gözlənilməklə stullar düzüb, hava şəraiti ilə əlaqədar mütəmadi olaraq növbə gözləyən sakinlərə içməli sular verir, tibbi maskası olmayanlara maskalar paylayırlar.