Polis orqanlarına yeni səlahiyyətin verilməsi təklif olunur

Qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi və orderin müddətinin artırılması təklif olunur.
Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən il üzrə məlumatında əksini tapıb.
Məlumatda, həmçinin məişət zorakılığından, o cümlədən cinsi zorakılığdan zərər çəkmiş və ya bu cür zorakılıq hallarının şahidi olan uşaqların hüquqlarının müdafiəsində “Lansarote” Konvensiyasının tələblərinə riayət olunması da təklif edilir.
İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.
Polise.az