Polis qanunsuz dövriyyədən 29 kq narkotik vasitə çıxarıb

Ötən gün Nəsimi və Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı S.Həbibov və 34 yaşlı A.Cəbizadə saxlanılıblar.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan ümumilikdə 29 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalar aparılır.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button