Polis qardaşını öldürən şəxs hakim qarşısına çıxarılır

Bakıda polis qardaşını qətlə yetirməkdə təqsirləndirilən Araz Ramazanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Zeynal Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə fevralın 24-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Araz Ramazanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button