Polis Qubada əməliyyat keçirdi

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan polise.az-a bildirildiyinə görə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Peyman Qədirli, və Allahmurad İsmayılov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli  metamfetamin və heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button