Polis Qubada ağır cinayətin üstünü açdı
Polis daha bir ağır cinayətin açılmasını təmin edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun polise.az-a bildirdiyinə görə Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində ağır cinayətin açılması təmin olunub, həmin cinayəti törətməkdə şübhəli bilinən Şöhrət Mürsəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Avqustun 23-də Quba rayon sakini Zeydulla Əzizov müxtəlif xəsarətlərlə Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, avqustun 30-da isə həkimlərin səylərinə baxmayaraq vəfat edib.
Aparılan tədbirlərlə Z.Mustafayevlə aralarında yaranmış münaqişə zəminində ona çoxsaylı bədən xəsarətləri yetirmiş Ş.Mürsəliyev saxlanılıb.
Hazırda cinayət işi üzrə istintaq aparılır.