Polis Qubada reyd keçirdi
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “polise.az“a bildirilib ki, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində sərnişindaşıma ilə məşğul olan şəxslərlə bağlı reyd keçiriblər. Keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Keçirilən reyd zamanı həmçinin, avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.
Qaydalara əməl etməyən sürücü və sərnişinlər, həmçinin velosipedçilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.