Polis Səbaildə əməliyyat keçirdi, saxlanılanlar var

Səbail Rayon Polis İdarəsi 41-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

DİN-in mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, növbəti tədbir zamanı 36 yaşlı Məmməd Məmmədov və həmyaşıdı Müşfiq Səfərov polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 8 kiloqram 100 qram marixuana aşkarlanıb.

Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button