Polis Şabranda qanunsuz ov edən şəxsləri yaxaladı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, Şabran  Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri saxlayıblar. Polis  əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Seyidquliyev və İlqar Məmmədov rayon  ərazisində, üzərlərində qanunsuz daşıdıqları  silahla  ov edərkən yaxalanıblar.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button