Polis sahilyanı ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti daha da gücləndirib

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Polise.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Sahilboyu ərazilərdə keçirilən növbəti tədbirlər zamanı Xətai rayonunda 13, Qaradağ və Suraxanı rayonlarının hər birində 2, Binəqədi rayonunda isə 3 nəfərin məişət tullantılarını tutumlarından (urnalardan) kənar yerlərə atması müəyyən edilib və ümumilikdə 20 nəfər barəsində inzibati tədbir görülüb.

Polise.az

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button