Polis təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıb

Avqust ayının 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən Xaçmaz rayonu ərazisində yerləşən iki məktəbdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “polise.az”a verilən məlumata görə, keçirilən imtahanla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları həmin təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıblar. Şöbə əməkdaşları tərəfindən sosial izolyasiya qaydalarına riayət olunması, eləcə də təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilib.

Hamısını Göstər

Related Articles

Back to top button