Polis Xızıda qanunsuz ov edən şəxsi yaxaladı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsi saxlayıblar. Polis  əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İbrahim Kamalov rayonun Sitalçay kəndi ərazisində, üzərində qanunsuz daşıdığı  16 kalibrli ov tüfəngi ilə ov edərkən yaxalanıb.

RPŞ-ə gətirildikdən sonra İ.Kamalovun rayon ərazisində qaz xəttinin bir neçə dayaq borularını oğurlaması da müəyyən edilib.

Hazırda faktla bağlı RPŞ-də araşdırma davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button