Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib – FOTO

Xocalı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  Polise.az-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Qeyd edilən ərazi məişət tullantılarından təmizlənib, bu istiqamətdə tədbirlər davam etdirilir.

“Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button