Polise.az Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovu təbrik etdi

Çox hörmətli Vilayət müəllim!
Şanlı Azərbaycan ordusunun Vətən uğrunda başlanan müharibənin ermənizm üzərində Böyük Zəfər günü münasibətilə səmimi və xoş təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Zəfər Günü Azərbaycan ordusunun və yüksək vətənpərvərlik ruhunda mübarizə aparan igid əsgərlərimizin vətənə sədaqətin və məhəbbətinin canlı təzahürü, Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birliyin, xalq-dövlət vəhdətinin bariz nümunəsidir. Azərbaycan xalqı bu müqəddəs günü bəxş edən igidlərimizi həmişə şərəf və ləyaqətlə xatırlayacaq, Rəbbimizdən vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa diləyəcək.

Yeni tariximizin salnaməsində unudulmaz bu əlamətdar gün, həm də Azərbaycan Xalqının “Dəmir İradəsinin” simvoludur.

Şəhidlərimizin qanı bahasına əldə edilən mübarək qələbədə Daxili Qoşunların xidməti də əvəzsizdir…

Çox hörmətli Vilayət müəllim!
Sizə, DİN-nin elitar tərkibinə, tabeliyinizdə olan çoxminli şəxsi heyətə şərəfli zəfər günü münasibətilə nəcib arzularımı ifadə edirəm..

Tanrı Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevi, ordunun bütün komandanlığını və döyüşçülərimizi qorusun! Tanrı Türkə dayaq olsun!

Hər birinizə hörmət və ehtiramla,
Şəmsəddin Əliyev

Hamısını Göstər

Related Articles

Back to top button