Polislər bayram günü münasibətilə yaralı əsgərlərə baş çəkdilər

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları qədim Şuşa şəhərinin işğaldan azad olunması və Bayraq Günü münasibətilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanan və rayon mərkəzi xəstəxanasında müalicə olan əsgərlərə baş çəkiblər.

Polise.az xəbər verir ki, yaralı əsgərlərə sovqat və digər hədiyyələr gətirən polis əməkdaşları onları şöbənin kollektivi adından bir daha təbrik edib, tezliklə sağlamlıqlarına qovuşmalarını arzu ediblər.

Hamısını Göstər

Related Articles

Back to top button