“Politico”:İranla müharibə sentyabra qədər davam edə bilər

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Floridadakı qərargahına daha çox hərbi kəşfiyyatçı göndərilməsini istəyir.
APA xəbər verir ki, bu barədə “Politico”da məqalədə dərc olunub.
Məqalədə deyilir ki, CENTCOM Pentaqona Floridada yerləşən qərargahına daha çox hərbi kəşfiyyatçı göndərilməsi üçün müraciət edib.
Bildirilib ki, burada məqsəd İrana qarşı hərbi əməliyyatların azı 100 gün, hətta sentyabr boyu davam etdirilməsi ehtimalı fonunda hərbi kəşfiyyat potensialını artırmaqdır.
Polise.az



