Politoloq: Ordumuz hər gün zərbə endirməlidir…
Bakı heç bir halda Qarabağda Ermənistan silahlı qüvvələrinin olmasını qəbul etməyəcək. Məhz bu səbəbdən Rusiya Federasiyasının sülhməramlıları ilə işləmək mexanizmləri və üsulları yenidən nəzərdən keçirilməlidir.
Bu fikirləri azərbaycanlı politoloq, “Valday” beynəlxalq diskussiya klubunun eksperti Fərhad Məmmədov deyib.
“Görünür, Azərbaycan Silahlı Qüvvələri hər gün Qarabağda gizlənən erməni terrorçularının mövqelərinə, silah-sursat bazalarına, anbarlarına və texnikalarına zərbələr endirməlidir ki, sülhməramlıların da başları işə qarışsın. Belə olan halda sülhməramlılar hadisə yerinə gedəcəklər, sənədləri dolduracaqlar, araşdırmalar aparacaqlar və s. Yoxsa sülhməramlılar boş oturmaqdan başlarını mənasız şeylərlə qatırlar: gah təlimlər keçirir, gah ermənilər üçün mebel daşıyır, gah da yay düşərgələri təşkil edir”, – ekspert qeyd edib.