Polşa Rusiya neftinin tədarükü ilə bağlı müqavilələri ləğv edəcək
Polşa Rusiya neftinin tədarükü ilə bağlı əvvəllər bağlanmış müqavilələri ləğv etmək niyyətindədir. Bu barədə “Wnet” radiostansiyasının efirində respublika hökumətinin strateji enerji infrastrukturu üzrə komissarı Petr Naimski açıqlama verib.
O həmçinin qeyd edib ki, hazırda Qdansk və Ploskedə neft emalı zavodları ildə orta hesabla 26-27 milyon ton neft emal edir ki, bu həcmin təxminən 60%-i Rusiyadan alınan neftin payına düşür. Naimskinin sözlərinə görə, bu baxımdan belə bir addıma görə Polşanın neftayırma zavodları itkilərlə üzləşmək məcburiyyətində qalacaq.
“Bu, əlbəttə ki, baha başa gələcək, çünki bir çox digər alıcıların neft mənbəyi axtaracağı bir vəziyyətdə müqavilələrin dəyişdirilməsi qiymətin müvəqqəti də olsa qalxmasına səbəb olacaq”, – deyə o qeyd edib.