Polşada yaşayan azərbaycanlı gənc vəfat etdi

Üç ilə yaxındır ki, Polşada təhsil alan və işləyən İsmayılov Müşviq Asif oğlu vəfat edib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı məlumat əldə edildikdən dərhal sonra komitə baş verən hadisə ilə maraqlanıb və əlavə məlumatların əldə olunmasında Polşa Azərbaycanlıları Şurası yaxından iştirak edib. 

Polşa polis orqanlarının ilkin istintaqın nəticələrinə əsasən verdiyi məlumata görə, soydaşımız intihar edib.

Hazırda istintaq-əməliyyat qrupu faktı araşdırır və istintaq bitdikdən sonra ölüm hadisəsi barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.

Komitə hadisəni nəzarətdə saxlayır.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button