Polşanın yeni Baş naziri Qərbdən Ukraynaya dəstəyi artırmağı tələb edəcək
Qərb ölkələri Ukraynaya yardım üçün əlindən gələni etməlidir.
Polise.az xəbər verir ki, Polşanın yeni Baş naziri Donald Tusk bu barədə ölkə parlamenti qarşısında çıxışı zamanı deyib.
“Biz Qərb ölkələrindən Ukraynaya yardım üçün maksimum səy göstərməyi tələb edəcəyik. Mən artıq Ukraynadakı vəziyyətdən yorulduqları barədə danışan siyasətçilərə qulaq asa bilmirəm. Biz Ukrayna ilə bağlı vahid mövqedən çıxış etməliyik. Bu, bizi birləşdirməlidir”, – deyə Donald Tusk bildirib.
Onun sözlərinə görə, Polşa Kiyevlə əlaqələr qurarkən kənd təsərrüfatı sektorunda öz vətəndaşlarının maraqlarını da qorumalıdır. “Polşanın Ukraynaya yardımı çox vacibdir, lakin eyni zamanda, Polşa fermerlərinin maraqları da qorunmalıdır”, – deyə Polşanın Baş naziri əlavə edib.
Donald Tusk müttəfiqləri demokratik dəyərləri və Ukraynanı müdafiə etmək zərurətinə inandırmaq üçün tezliklə Brüsselə gedərək Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcəyini vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə Polşa Seyminin (parlamentin aşağı palatası) deputatları müxalifət lideri Donald Tuskun hökuməti formalaşdırmaq təşəbbüsünü dəstəkləyib.
Polise.az